15 may 2017, 12:30

Kəmalə Kərimovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Sumqayıt şəhərinə olan diqqət və qayğınız hər addımda özünü göstərir. Son illərdə şəhərimizdə böyük quruculuq və abadlıq işləri görülüb. Sumqayıta və sumqayıtlılara göstərdiyiniz diqqətə görə şəhərin 12-ci mikrorayon sakinləri adından Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Əziz Prezidentimiz, insanlara xoş güzəran bəxş edən, ölkəmizə saysız-hesabsız uğurlar qazandıran, Azərbaycanı dünyada yüksəldən məqsədyönlü daxili və xarici siyasətinizi hər zaman dəstəkləyirik.

Hörmətlə,

Kərimova Kəmalə Kamil qızı,

Əliyeva Aynur Rəşid qızı,

Şirinova Samirə Sail qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 12-ci mikrorayon.