12 may 2017, 18:40

Nurxan Əzizov və başqalarından, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son illər dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, respublikamızın bütün regionlarında inkişaf, geniş vüsət almış tikinti-quruculuq işləri və sosialyönümlü layihələr məhz Sizin sayənizdə uğurla həyata keçirilir. Belə ki, bizim yaşadığımız ucqar Lerik rayonu gündən-günə gözəlləşir, insanların həyat səviyyəsi yüksəlir. Sakini olduğumuz Lerik şəhərinin çoxmənzilli binalarında aparılan təmir-tikinti işləri nəticəsində 100-ə yaxın vətəndaşın işlə təmin olunması bizi ürəkdən sevindirir.

Cənab Prezident, vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən bu siyasətinizi həmişə dəstəkləyir, Sizin şəxsiyyətinizə dərin ehtiramımızı bildirərək təşəkkür edirik.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Nurxan Əzizov

İlqamət Hadıyev

Həşim Nəsirov

Həşimxan Feyziyev

Kamal Əliyev və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu.