12 may 2017, 15:50

Fatimə Ağamirzəyevadan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident,

Sərəncamınızla mənə “Əməkdar Mədəniyyət işçisi” fəxri adını verməyiniz Quba əhalisinin, ən çox da kollektivimizin böyük sevincinə səbəb olub. Xalçaçılıq sənətinə verdiyiniz önəmi, diqqəti alqışlayırıq. Bu sahədə çalışan, əmək sərf edən insanların mükafatlandırılması, onlara fəxri adların verilməsi qədim xalçaçılıq sənətinin inkişafına təkan verir.

Əziz Prezidentimiz, bu sahənin daha da inkişafı üçün bütün təcrübə və bacarığımızdan yorulmadan istifadə edəcəyimizə əmin ola bilərsiniz. Sizə dərin minnətdarlığımızı bildiririk. 

Hörmətlə,

Ağamirzəyeva Fatimə Ayıbxan qızı,

“Aygün” firmasının direktoru.

Azərbaycan Respublikası, Quba rayonu.