12 may 2017, 13:50

Elnur Quliyev və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin genişmiqyaslı fəaliyyətiniz və regionlara göstərdiyiniz diqqət və qayğı sayəsində son illər ərzində respublikamızda geniş abadlıq-quruculuq işləri görülüb. Respublikamızın digər bölgələri ilə bərabər, yaşadığım doğma Sumqayıt şəhərinə göstərdiyiniz qayğı göz qabağındadır. Şəhərimiz gündən-günə abadlaşır və gözəlləşir, Yeni parklar salınır, yollar təmir olunur, küçələrdə səliqə-səhman yaradılır.

Cənab Prezident, Sumqayıta şəhərinin abadlaşdırılmasına, inkişaf etdirilməsinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir, şərəfli işinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

 Quliyev Elnur Tacəddin oğlu

Vəliyev Cəmil Şamil oğlu

Həsənova Fəridə Qara qızı

Mahmudova Sevil Asif qızı və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 10-cu mikrorayon.