12 may 2017, 11:00

Şahmar Qasımovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Yevlax rayonunda icbarı tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihənin həyata keçirilməsi barədə Sərəncamınızın müsbət nəticələrini görürük.

Mən bu il mart ayının 13-də Yevlax Mərkəzi Xəstəxanasında gözümdən müayinə olundum. Həkim mənə əməliyyat olunacağımı bildirdi. Pilot layihə çərçivəsində Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olundum. İndi görmə qabiliyyətim çox yaxşıdır. 

Əziz Prezidentimiz, icbari tibbi sığorta sisteminə keçidlə bağlı görülən işləri çox bəyənirik. Bu, xalqımız üçün çox xeyirlidir. Buna görə Sizə təşəkkür edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Qasımov Şahmar Xumuş oğlu.

Azərbaycan Respublikası, Yevlax şəhəri, Aran qəsəbəsi.