11 may 2017, 12:40

Orucova Firəngiz, Abşeron, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz,

Azərbaycan xalçaçılıq sənətinə verdiyiniz böyük qiymətə və dəyərə, həmçinin mənə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verdiyinizə görə öz adımdan, xalçaçı qadınlar və ailəm adından Sizə dərin təşəkkür edirəm.

Möhtərəm Prezident, Abşeron rayonundakı Qobu qəsəbəsi xalçaçılığın qədim beşiyidir. Hər ailədə bu sənəti yaşadan xalçaçılar var. Arzu edirik ki, bölgələrimizdə açılan xalça emalatxanaları kimi bizim də qəsəbəmizdə xalçaçılıq bərpa olunsun.

Cənab Prezident, Sizə bir daha minnətdarlığımı ifadə edirəm. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da Azərbaycan xalçasını dünyaya tanıtdığı üçün dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Hörmətlə,

Orucova Firəngiz Hüseyn qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu qəsəbəsi.