10 may 2017, 19:45

Nuraya Məmmədovadan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan xalçaçılarının peşə bayramı ərəfəsində məni 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.

Sizin sərəncamlarınızla xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslərin mükafatlandırılması və təltif olunması Azərbaycanın bu qədim sənətinə verdiyiniz dəyərin göstəricisidir.

Mən bir xalçaçı olaraq, Sizin daxili və xarici siyasətinizi, ölkəmizin inkişafı istiqamətində gördüyünüz işləri bəyənir, dəstəkləyir və təbliğ edirəm. Allah ömrünüzü uzun etsin.

Hörmətlə,

Məmmədova Nuraya İsax qızı.

Azərbaycan Respublikası, Bərdə rayonu.