10 may 2017, 19:30

Emin Carçıyevdən, Abşeron, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Gündən-günə qüdrətlənən, inkişaf edən, gözəlləşən ölkəmizə nəzər yetirdikcə hər bir azərbaycanlı, o cümlədən Azərbaycan gənci kimi məndə də fərəh və qürur hissi yaranır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bizə miras qalmış müasir Azərbaycan bu gün dünyada ən sabit inkişaf edən, əmin-amanlığın hökm sürdüyü ölkədir.

Hörmətli cənab Prezident, Siz Ulu Öndərimizin layiqli davamçısısınız. Fəxr edirik, qürur hissi duyuruq ki, bizim belə qüdrətli və güclü dövlətimiz var. Bütün bunlara görə biz və gələcək nəsillər ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Allahdan ona rəhmət diləyirik. 

Cənab Ali Baş Komandan, şəxsən öz adımdan və ailəm adından Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti arzu edirəm. Allah Sizi və dövlətimizi qorusun. 

Hörmətlə,

Carçıyev Emin Mehman oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.