10 may 2017, 14:50

Gülüstan Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkənin sayılıb-seçilən incəsənət xadimləri sırasında bu il ilk dəfə Prezident mükafatına layiq görülməyim məni çox sevindirdi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.

25 ildən artıqdır ki, milli muğam, xalq və bəstəkar mahnılarımızı həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda təbliğ edir, eyni zamanda, muğamın sirlərini gənc istedadlara öyrədirəm. İncəsənət xadimləri üçün Prezident mükafatını həyatım boyu qazandığım ən dəyərli mükafat hesab edirəm. Sizi əmin edirəm ki, bundan sonra da bütün qüvvə, istedad və bacarığımı milli opera və muğam sənətimizin inkişafına sərf edəcəyəm.

Bir daha Sizə minnətdarlığımı bildirir, cansağlığı və uzun ömür, doğma Azərbaycanımızın rifahı naminə ali  fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Əliyeva Gülüstan Həsən qızı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti,

Prezident Mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının dosenti

Azərbaycan Respublikası, Bakı şəhəri.