09 may 2017, 16:00

Yemən Abdurəhmanovadan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu yaxınlarda imzaladığınız Sərəncamınıza əsasən, xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə mükafatlandırılan şəxslər sırasında mənim də adımın olmasına çox sevindim. “Tərəqqi” medalı ilə təltif olunmağımı  təkcə mənə yox, mənim timsalımda bütün xalçaçı qadınlarımıza olan diqqətinizin və hörmətinizin göstəricisi kimi qəbul edirəm.

Buna görə şəxsən öz adımdan, bütün ailə üzvlərim və Kürdəmir xalçaçıları adından Sizə təşəkkür edirəm. Uca Tanrıdan Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Abdurəhmanova Yemən Xalid qızı.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.