Gerb

05 iyun 2017, 11:05

Hörmətli cənab Prezident,

Sizin tapşırığınız əsasında bölgələrdə, o cümlədən kəndimizdə elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün görülən işlər əhalidə razılıq hissi yaradır. Kəndimizin enerji sistemində aparılan yenidənqurma işlərinə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

İndi işığımız daha gur yanır, insanlara rahatlıq, aydınlıq bəxş edir. Artıq elektrik enerjisinin fasilələrlə verilməsi tam aradan qaldırılıb və işlərimizi rahatlıqla görə bilirik.

Əziz Prezidentimiz, Allah hər bir işinizdə Sizə kömək olsun, yolunuza işıq salsın.                                                                                               Hörmətlə,

Baxışov Baxış

Xəlilov Natiq

Fətəliyev Xanlar

Xəlilova Aybəniz və başqaları.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.