03 may 2017, 14:10

Aynur Əliyeva və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Doğma Sumqayıtımız gündən-günə gözəlləşir, inkişaf edir. Son illər şəhərimizdə yeni istehsal müəssisələri və iş yerləri açılıb. Bütün bunlar Sizin qayğınızın, müstəqil siyasətinizin nəticəsidir. Xüsusilə qeyd etmək istəyirik ki, şəhərimiz üçün mühüm əhəmiyyət kəsb edən yol infrastrukturunun yaxşılaşdırılması, avtomobil yollarının əsaslı təmiri üçün xeyli iş görülüb və görülməkdədir.

Cənab Prezident, yol iqtisadiyyat, mədəniyyət deməkdir. Qoy, bu yollar həmişə bizi uğura, zirvələrə aparsın! 

Şəhərimizə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyeva Aynur Eldar qızı

Baxışova İlhamə Sədiyar qızı

Həsənova Rəna Məmməd qızı

Həsənova Şəfaqət Mahid qızı

Əhmədova Aynur Nofəl qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 9-cu mikrorayon.