22 aprel 2017, 14:30

Rəşad Məmmədov və başqalarından, Yevlax, Azərbaycan

Əziz Prezidentimiz,

​Sizin uğurlu siyasətiniz və regionların inkişafına göstərdiyiniz diqqətiniz nəticəsində son illər kəndimizdə müasir tipli yeni məktəb binası tikilmiş, artezian quyuları qazılmış,  elektrik xətləri dəyişdirilmiş, yeni ATS istifadəyə verilmişdi.

​Yeganə arzumuz kənimizə gələn yolun asfaltlanması idi. Sizin diqqət və qayğınız nəticəsində bu arzumuza da çatdıq. Bizə olan qayğınıza görə Sizə dərin və sonsuz minnətdarlığımızı bildiririk. 

​Balçılı kəndinin sakinləri adından dərin hörmətlə,

​Məmmədov Rəşad

​Məmmədov İliç

​Hüseynov Allahverdi

​Murquzov Xosrov və başqaları.

​Azərbaycan Respublikası, Yevlax rayonu, Balçılı kəndi.