Gerb

21 aprel 2017, 14:20

Möhtərəm cənab Prezident,

Vaxtilə ulu öndərimiz Heydər Əliyev söyləmişdir: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir”. Siz də Ümummilli Liderin bu müdrik sözünə uyğun olaraq, yeni-yeni yollar çəkdirirsiniz.

Bir neçə gün əvvəl bizim Yevlax rayonunda açılışını etdiyiniz Salahlı-Balçı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu, sözün əsl mənasında, bizi çox sevindirdi. Sevincimizin həddi-hüdudu yoxdur. Bu yolun sayəsində gediş-gəlişə sərf etdiyimiz vaxt yarıbayarı azalıb. İndi mənzil başına vaxtında çatır, işlərimizi daha rahat görürük.

Cənab Prezident, bizə sevinc bəxş etdiniz. Allah Sizi sevindirsin, Sizə uzun ömür versin, atanıza – xalqımızın ümummilli lideri Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.

Hörmətlə,

Rəsulova Sürəyya Kərim qızı,

şəhid anası.

Azərbaycan Respublikası, Yevlax rayonu, Varvara kəndi.