20 aprel 2017, 13:29

Tahir İbrahimovdan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu məktubu Sizə yaşadığım Ağstafa rayonunun müəllimləri adından yazıram. Respublikamızda gördüyünüz hər bir iş biz müəllimlərə çox müsbət təsir edir. Çəkilən yollar, tikilən yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, idman kompleksləri göz önündədir. Əvvəllər bəzi idarə və təşkilatlarda mövcud olan rüşvətxorluq və süründürməçilik hallarından əsər-əlamət qalmayıb. “ASAN xidmət” bu işdə böyük rol oynayır. Bu xidməti yaratdığınız üçün Sizə minnətdarıq.  

Hazırda Ağstafa gün ərzində fasiləsiz işıq və qazla təmin olunur. Bu işlərin hamısı Sizin zəhmətinizin nəticəsidir. Mən inanıram ki, dövlətimiz ən ağrılı problemi olan Qarabağ məsələsi də Sizin apardığınız uzaqgörən siyasət nəticəsində tezliklə müsbət həllini tapacaq. Bu işdə xalqımız, o cümlədən biz müəllimlər daim Sizinləyik. 

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqına uzun müddət şərəflə xidmət etməyi arzulayıram.

Hörmətlə,

İbrahimov Tahir.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Poylu qəsəbəsi.