20 aprel 2017, 13:50

Əli Nəbiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın dayağı, Vətənimizin cəsur və müdrik oğlusunuz!

Azərbaycan xalqı Sizi sevir və daim Sizinlədir. Sizin yüksək idarəçiliyiniz və bacarığınız sayəsində bu gün Azərbaycan dünyada tanınır və ölkəmizin nüfuzu gündən-günə artır. Söz yox ki, bu nailiyyətlərin əsasında xalqla iqtidar arasında mövcud olan möhkəm birlik də xüsusi yer tutur. Bizim birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.

Cənab Prezident, öz adımdan və ailə üzvlərim adından Sizə cansağlığı arzu edirəm. Allah Sizi hər zaman pənahında saxlasın!

Hörmətlə,

Nəbiyev Əli Elxan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi.