18 aprel 2017, 17:55

Yusif Eyvazovdan, Vyana, Avstriya

Hörmətli cənab Prezident,

Son illər Azərbaycanın beynəlxalq arenada nüfuzu çox yüksək səviyyəyə qalxıb. Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyiniz siyasət sayəsində ölkəmiz dünyada tanınır, hörmət edilir və sevilir. Azərbaycan digər ölkələrlə birlikdə çoxlu layihələr reallaşdırır.

Təbii ki, biz sənət adamlarının yaradıcılığına verilən yüksək qiymət həyatımızda mühüm rol oynayır. Çox xoş haldır ki, öz Vətənimizdə, doğma Azərbaycanda bizi belə yüksək dəyərləndirirlər. Mən də Azərbaycanın ən yüksək səviyyədə təqdim olunması üçün bundan sonra daha böyük səylər göstərəcək və mənə verdiyiniz fəxri adı doğrultmağa çalışacağam.

Hörmətlə,

Eyvazov Yusif, Əməkdar Artist.

Avstriya, Vyana şəhəri.