17 aprel 2017, 17:40

Əşrəf Paşabəyli, Norviç, Böyük Britaniya

Hörmətli cənab Prezident,

Azərbaycan gənclərinə göstərilən qayğı, onların yaxşı təhsil almaları üçün xərclənən vəsait gələcəyimizə qoyulan sərmayədir. Biz bu işlərin nəticələrini, həyata keçirilən tədbirlərin nə qədər faydalı olduğunu gələcəkdə daha aydın və əyani şəkildə görəcəyik.

Mən hazırda Böyük Britaniyada təhsil alıram. Qarşılaşdığım problemlə əlaqədar Sizə müraciətim müsbət həllini tapdı, təhsilimi davam etdirmək üçün mənə lazım olan vəsaitin köçürülməsi təmin edildi. Çox şadam ki, Siz xarici ölkələrdə yaşayan və ya təhsil alan azərbaycanlıların problemlərinə böyük diqqət ayırırsınız.

Əziz Prezidentimiz, bu diqqətə görə Sizə minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Paşabəyli Əşrəf Saleh oğlu.

Böyük Britaniya, Norviç şəhəri.