17 aprel 2017, 17:30

Məryəm Mirzəyevadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin apardığınız daxili və xarici siyasətinizi diqqətlə izləyir və çox bəyənirik. Xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması istiqamətində görülən işlərin müsbət nəticələr verməsi bizi sevindirir.

Cənab Prezident, Siz bütün sahələr kimi, uşaq bağçalarına da daim böyük diqqət göstərir, bu sahəyə qayğınızı əsirgəmirsiniz. Bağçamızın “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən lazımi məhsullarla vaxtlı-vaxtında təmin olunmasından çox razıyıq və buna görə Sizə minnətdarlığımızı bildiririk.

Cənab Prezident, həyata keçirdiyiniz siyasətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Mirzəyeva Məryəm Baxtı qızı.

Azərbaycan Respublikası, Şəki rayonu, Cumakənd kəndi.