14 aprel 2017, 15:40

Tofiq Hümbətovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyətə sahib olduğu üçün həmişə fəxr edib. Bu gün də fəxr edirik ki, ölkəmizi Heydər Əliyev məktəbi keçmiş iki böyük şəxsiyyət idarə edir. Biz dövlətimizin, xalqımızın, gələcəyimizin etibarlı əllərdə olduğuna əminik. Siz də əmin olun ki, Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətini uğurla davam etdirən Sizlərin yanınızda olacaq.

Möhtərəm Prezident, Sizin apardığınız uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Buna misal olaraq, birinci Avropa Oyunlarını, Formula 1 yarışlarını, indi isə İslam Həmrəylik Oyunlarını göstərmək olar. Əlbəttə, bu siyahını daha da böyütmək olar, amma biz idmançılar sadəcə olaraq idman sahəsini misal göstərdik.

Cənab Prezident, Azərbaycanda idmana və idmançılara yaradılan şəraitə və göstərilən qayğıya görə Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Allah Sizləri Azərbaycanın gələcəyi üçün qorusun.

Hörmətlə,

Hümbətov Tofiq Mürşüd oğlu, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi.