13 aprel 2017, 12:50

İlahə Qarayevadan, Balakən, Azərbaycan

Hörmətli cənab Prezident,

Övladım artıq dörd aydır ki, Balakən şəhər 1 saylı körpələr evi-uşaq bağçasına gedir. Mən dəfələrlə onun uşaq bağçasında qidalanması ilə maraqlanmışam. Şahidi olmuşam ki, orada qida məhsulları çox keyfiyyətli və standartlara uyğun qaydada hazırlanaraq uşaqlara verilir. Bu işdə Sizin Sərəncamınızla yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mühüm rol oynadığını görürük.

Cənab Prezident, mən bir valideyn kimi belə bir qurumun yaradılmasına görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Qarayeva İlahə Adilxan qızı

Azərbaycan Respublikası, Balakən rayonu.