12 aprel 2017, 17:55

Rahim Əliyevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan çox razıyıq. Bu kateqoriyadan olan vətəndaşların maddi vəziyyətinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli iş görülüb, çoxmənzilli binalar və fərdi yaşayış evləri tikilərək onların istifadəsinə verilib. Bu işlər hamımızı sevindirir və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir.

Əziz Prezidentimiz, kəndimizdə yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından bizə göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyev Rahim Əvəzalı oğlu.

 

        Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.