12 aprel 2017, 14:00

Mahir Dəmirovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz vaxtaşırı bölgələrə səfərlər edib görülən işlərlə tanış olur, xalqın sosial problemləri ilə maraqlanır, sosial müdafiəyə ehtiyacı olan insanlara müntəzəm qayğı göstərirsiniz. Hər bir kəndlinin rifahının yaxşılaşdırılması daim Sizin diqqətinizdədir. Cəsarətlə deyə bilərəm ki, ölkəmizə rəhbərlik etdiyiniz 14 il ərzində Siz bir əsrlik iş görmüsünüz. Bu işlər özünü abadlıq-quruculuq, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, iqtisadiyyatın inkişafı və digər sahələrdə göstərir.

2016-cı il aprelin 11-də imzaladığınız Sərəncamınızla yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC də bu işlərə mühüm töhfədir.

Çox hörmətli cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Yolunuz hər zaman işıqlı, atdığınız addımlar uğurlu olsun.

Hörmətlə,

Dəmirov Mahir Əskər oğlu.

Azərbaycan Respublikası, Şamaxı rayonu, Məlcək kəndi.