Həsrət Umarovdan, Yevlax, Azərbaycan
Text size
11 aprel 2017, 14:50
Hörmətli cənab Prezident.
Mən uzun illər idi ki, belimdə olan ağrılardan əziyyət çəkirdim və əməliyyata ehtiyac duyulurdu. Aztəminatlı ailənin üzvü olduğumdan bunu edə bilmirdim. Sizin Fərmanınıza əsasən, Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə çərçivəsində bu istəyimi həyata keçirdim. Sizin bu humanist addımınızdan sonra mən sığorta xətti ilə heç bir əlavə ödəniş etmədən Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olundum və şəfa tapdım.
Möhtərəm Prezident, buna görə bir daha Sizə “Çox sağ olun!” deyirəm. Allah Sizi qorusun.
Hörmətlə,
Umarov Həsrət Əmir oğlu.
Azərbaycan Respublikası, Yevlax rayonu.