11 aprel 2017, 13:50

Bilal Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

2016-cı ilin aprel döyüşlərində qazandığımız qələbənin ildönümü fərəhlə qeyd edirik. Bu münasibətlə Sumqayıt Dövlət Universitetində keçirilən tədbirdə iştirak etdim və burada gördüyüm yüksək vətənpərvərlik ruhu bir Azərbaycan oğlu kimi məni çox sevindirdi.

Cənab Prezident, Sizin də dediyiniz kimi, aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Əminik ki, belə şanlı səhifələrin sayı daha da artacaq. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Bilal Əhliman oğlu,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.