İnşaat işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10 aprel 2017, 17:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Abdullayev Qasım İsrafil oğlu

Albəndov Vəli Nəbi oğlu

Qasımov Qasım Məmməd oğlu

Quliyev Cəbrayıl Əliyar oğlu

Muxtarzadə İbrahim Qənbər oğlu

Mustafazadə Nasir Nadir oğlu

Papaqçıyev Yusif Paşa oğlu

Rəhimov Xudayar Hənifə oğlu

Seyidov Mirabdulla Ağa oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2017-ci il.