06 aprel 2017, 14:10

Q.Süleymanov və başqalarından, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycanın dünya bazarına çıxarıla biləcək məhsulları çoxdur. Ölkəmizin təbiəti, torpağımızın bərəkəti, yeraltı və yerüstü sərvətlərimiz sonsuzdur.

Azərbaycan öz nefti ilə bütün dünyada məşhur olduğu qədər, ağ qızı ilə də tanınır. 1970-ci illərin axırında pambıqçılıqdan rekord məhsul götürülürdü. Kənd əhalisi pambıq əkini və istehsalı sayəsində külli miqdarda qazanc əldə edirdi.     

Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin məsuliyyətsizliyi səbəbindən iqtisadiyyatımız, o cümlədən kənd təsərrüfatı tənəzzülə uğradı, insanlar torpaqdan uzaqlaşdılar.

Son dövrlərdə Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğınız nəticəsində kəndlilər yenidən torpağa qayıdır. Kənd təsərrüfatına ayrılmış güzəştli kreditlər, subsidiyalar, xaricdən gətirilmiş texnikalar bu sahənin inkişafında sıçrayışa səbəb olub. Bu, ən düzgün yoldur. Çünki bütün yeraltı sərvətlər tükənə bilər, lakin bərəkətli torpağımızın nemətləri tükənməzdir.

Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi, taxıl bolluğu, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın inkişafı deməkdir.

Hörmətli cənab Prezident, inanırıq ki, Azərbaycan kənd təsərrüfatı sahəsində əldə etdiyi rekord nəticələri Sizin rəhbərliyiniz altında yenidən qazanacaqdır. Xalqın rifahı, yeni iş yerlərinin açılması ilə bağlı gördüyünüz əvəzolunmaz işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Süleymanov Q

Məmmədov V

Abıyev R

Qarayev T

Əlişov Ə və s.

Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Alvadı kəndi.