05 aprel 2017, 16:05

Fikrət Səfərovdan, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün Azərbaycanda əmin-amanlıq, sabitlik, milli həmrəylik və birlik hökm sürür. Lakin həm ölkə daxilində, həm də xaricdə bunu istəməyən, bu reallığa qara yaxmağa çalışan bəzi qüvvələr var. Həmin qüvvələrin fəaliyyəti bizim ümumi siyasətimizə, inkişafımıza o qədər də təsir etmir və bundan sonra da etməyəcəkdir. Çünki xalq gözəl bilir ki, kim kimdir.

Görülən işlər göz qabağında, faktlar ortadadır. İndi respublikamızın bütün şəhər və rayonlarında canlanma müşahidə olunur, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş proqramların uğurlu icrası öz müsbət nəticələrini verir.

Bizim Yardımlı da son vaxtlar inkişaf edən rayonlar  içərisindədir. Bir faktı qeyd etmək istəyirəm ki, əvvəllər yararsız vəziyyətdə olan rayon mərkəzi xəstəxanası indi müasir görünüşü, səliqə-sahmanı ilə göz oxşayır. Bütün lazımi ləvazimatlarla təchiz olunmuş bu xəstəxanada yerli sakinlər tibbi müayinədən keçirilir.

Cənab Prezident, bu, bir daha göstərir ki, Sizi insan amilinə, onların sağlamlığına xüsusi diqqət yetirirsiniz. Bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Səfərov Fikrət.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Qabaqdibi kəndi.