05 aprel 2017, 16:00

Elnarə Hacıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Sizin sərəncamınızla əfv olunmuş Hacıyev Əflatun Alimbaş oğlunun həyat yoldaşıyam. Həm öz adımdan, həm də ailə üzvlərim adından Sizə dərin təşəkkürümü bildirirəm. Bizə etdiyiniz bu yaxşılığı heç zaman unutmarıq. Ömrüm boyu yoldaşımla birlikdə Sizə dua edəcəyik.

Əziz Prezidentimiz, Siz bayram ərəfəsində bizləri sevindirdiniz, Allah da Sizi və sevdiklərinizi sevindirsin. Evinizdən ruzi-bərəkət, sevinc və xoşbəxtlik əksik olmasın.

Hörmətlə,

Hacıyeva Elnarə Vaqif qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.