18 mart 2017, 16:25

Tahir Məmmədovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident,

İyirminci əsrdə Azərbaycan xalqı dünya tarixinə ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edib. Ümummilli Lider bu millətin inkaredilməz qürur mənbəyi, qazandığımız nailiyyətlərin memarı, uğurlu gələcəyimizin  təməlini qoyan lider, millətin atasıdır. Müasir müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri  də Sizi öz siyasi varisi kimi formalaşdıraraq müstəqil dövlətimizin davamlı inkişafı üçün zəmin yaratmasıdır.

Ümummilli Liderimizin miras qoyduğu irsin öyrənilməsi və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Mehriban xanımın beynəlxalq aləmdə böyük nüfuz qazanması və hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olması ilə fəxr edirik.

Cənab Prezident, şamaxılılar adından qarşıdan gələn Novruz bayramınızı təbrik edir, Sizə möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Tahir,

II qrup Çernobıl əlili, Prezident təqaüdçüsü.

Azərbaycan Respublikası, Şamaxı rayonu.