18 mart 2017, 12:20

Baba Səmədov və başqalarından, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Şəkinin Turan qəsəbəsinin sakinləri ərazidən keçən Əlican çayının suyundan istifadə edir. İlin yağmurlu dövründə həmin çayın suyu bulanıq olur, sakinlərin sudan istifadə etməsi çətinləşir. Ona görə də qəsəbə sakinləri adından müraciət edərək, qəsəbədə modul tipli sutəmizləyici qurğunun quraşdırılmasına kömək göstərilməsini xahiş etmişdik. Qəsəbə sakinlərinin müraciətinə müsbət münasibət göstərilmiş, sutəmizləyici qurğu qoyulmuşdur. Hazırda sakinlər ekoloji cəhətdən təmiz sudan istifadə edirlər.

Hörmətli cənab Prezident, bu için icrasına görə Sizə dərin təşəkkür edir və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Səmədov Baba Səməd oğlu

Qədirov Ağalar Möhlüd oğlu,

Məmmədov Ramiz Abdulla oğlu,

Əsədov Yusif Qurban oğlu,

Səmədov İntiqam Baba oğlu,

Bayramov Telman Mustafa oğlu və başqaları.

Azərbaycan Respublikası, Şəki rayonu, Turan qəsəbəsi.