17 mart 2017, 14:00

Şəbnəm Səfərovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən bir gənc alim kimi ölkə rəhbərlərinin gördüyü işləri, yürütdükləri siyasətin nəticələrini nəzərdən keçirməyi xoşlayıram.

Sizin göstərişinizlə yaşadığımız Pirallahı rayonunda yeni körpü tikildi, içməli su xətti çəkildi. Aparılan quruculuq işləri indi də davam edir. Yeni binalar tikilir, yollar təmir olunur, rayonumuz gündən-günə gözəlləşir. Yalnız Pirallahı deyil, Azərbaycanımızın bütün rayonları Sizin apardığınız uğurlu siyasət nəticəsində çiçəklənmə dövrü yaşayır.

Ən uğurlu, ən müdrik siyasi xadimlərdən olan ümummilli lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi naminə atdığı hər bir addımı Siz və Mehriban xanım layiqincə davam etdirirsiniz. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk tapşırığının məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı olması bunu bir daha sübut edir.

Cənab Prezident, bütün bunlar və digər layihələr Azərbaycan xalqını hər zaman irəli aparan uzaqgörən və layiqli lider olduğunuzu göstərir.

Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı, uzun ömür, uğurlarınızın davamlı olmasını arzulayıram.

Hörmətlə,

Səfərova Şəbnəm Zülfəli qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.