17 mart 2017, 12:40

Kifayət Əsədovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və bütövlükdə Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə ailəm adından Sizə minnətdarlığımı bildirirəm.

Səhhətimlə bağlı Sizə ünvanladığım məktubda əməliyyat olunmağım üçün kömək göstərməyinizi xahiş etmişdim. Verdiyiniz göstərişinizə əsasən Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olundum və indi normal yeriyə bilirəm.

Cənab Prezident, görülən bütün bu işlərə və hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz qayğıya görə bir daha Sizə dərin minnətdarlığımı bildirir, “Çox sağ olun” deyirəm. Allah Sizi qorusun, ömrünüzü uzun etsin.

Hörmətlə,

 Əsədova Kifayət Yusif qızı,

II qrup Qarabağ müharibəsi əlili, Xocalı rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.