16 mart 2017, 12:30

İ.İsrəfilov və Q.Qəhrəmanovdan, İmişli, Azərbaycan

Möhtərəm cənab Prezident,

İmişli rayonunun müharibə veteranları, şəhid ailələri və əlilləri Sizə və Azərbaycan dövlətinə çox minnətdardırlar.

Rayonumuzda yaşayan və çalışan veteranlar daim dövlətimizin diqqət mərkəzində olub, onlara hər zaman yaxından kömək göstərilib, bayramlarda və əlamətdar günlərdə hədiyyələr verilib, müraciətlərinə vaxtlı-vaxtında baxılıb və həlli ilə bağlı dərhal tədbirlər görülüb.

Cənab Prezident, apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyən biz veteranlar Sizə möhkəm cansağlığı, həyatda xoş günlər arzulayırıq. Allah Sizi qorusun!

Hörmətlə,

İsrəfilov İ

Qəhrəmanov Q.

Azərbaycan Respublikası, İmişli rayonu.