10:47
Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin rəhbərlik etdikləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanovun, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciyanın, Ərəb Liqasının sabiq baş katibi Əmr Musanın və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev mühüm beynəlxalq tədbir – V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə gəldiklərinə görə onlara təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq beşinci dəfədir bu Foruma ev sahibliyi edəcək. Prezident İlham Əliyev bu mötəbər tədbirin müzakirələr üçün maraqlı gündəliyinin olduğunu dedi. Forum iştirakçıları arasında çox tanınmış şəxslərin olduğunu və həmin şəxslərin sayının ildən-ilə artdığını deyən dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.
Nümayəndə heyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qeyd etdi ki, əsası beş il əvvəl qoyulan Bakı Forumu böyük uğurlar qazanıb. Qonaq dedi ki, Azərbaycan dövlətinin başçısının qeyd etdiyi kimi, Bakı Forumuna maraq ildən-ilə artır. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürlərini çatdırdı. “Biz Nizami Gəncəvinin və Azərbaycanın dostlarıyıq, işimizi həvəslə görürük”, - deyən Vayra Vike-Freyberqa bundan sonra da səylərini əsirgəməyəcəklərini söylədi. Mərkəzin həmsədri dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu qonaqların burada iştirak etdiklərini və Forumun səmərəli dialoqa hərtərəfli imkan yaradacağını vurğuladı.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin səyləri və təşəbbüslərini yüksək qiymətləndirdi, onların fəaliyyətinin Qlobal Bakı Forumu kimi geniş beynəlxalq toplantının keçirilməsinə imkan yaratdığını qeyd etdi.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı...
25 aprel 2025, 17:26Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...
25 aprel 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...
25 aprel 2025, 17:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...
25 aprel 2025, 17:20Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının...
25 aprel 2025, 17:18PDF yükləyin
25 aprel 2025, 17:16PDF yükləyin
25 aprel 2025, 17:15Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel...
25 aprel 2025, 17:14