15 mart 2017, 14:30

Elmina Cəfərovadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasında səhiyyə sistemində aparılan islahatların məntiqi nəticəsi kimi 2017-ci il yanvar ayının 1-dən etibarən ilk dəfə olaraq Mingəçevir şəhərində icbarı tibbi sığortanın tətbiqi tibb işçiləri və bizə müraciət edən vətəndaşlar arasında yüksək rəğbətlə qarşılandı. Belə ki, bu sistemə keçid tibbi xidmətin keyfiyyətini yüksəldib, pasiyentlərin və onların yaxınlarını əlavə qayğılardan azad edib. Artıq tibb işçiləri dərman və tibbi ləvazimat çatışmamazlığı haqda düşünmür, bilavasitə öz peşəkar vəzifəsini yerinə yetirir. Yeni sistem bizə rahat çalışmağa və yüksək sosial təminata şərait yaradır. Bir tibb işçisi kimi respublikamızda yeni sistemi tətbiq etdiyiniz üçün Sizə minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm.

Arzu edirəm ki, icbari tibbi sığorta sistemi Azərbaycanımızın hər bir guşəsini əhatə etsin. Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Cəfərova Elmina Haşım qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.