14 mart 2017, 16:55

Əli Muxtarlıdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Məcburi köçkünləri və aztəminatlı ailələri hər zaman öz diqqət və qayğınızla ən yüksək səviyyədə əhatə etməyinizi alqışlayıram. Son vaxtlar məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər bizə olan böyük qayğınızın təzahürüdür.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk tapşırığını məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı verməsi bizi çox sevindirdi. Dövlətimizin bizə həssas yanaşmasını, problemlərimizin həll edilməsini yüksək qayğı kimi qiymətləndiririk. Sizin yürütdüyünüz hərbi, iqtisadi, daxili və xarici siyasətinizi hamımız bir nəfər kimi daim dəstəkləyirik.

Cənab Ali Baş Komandan, Sizin əmrinizlə müqəddəs torpaqlarımız uğrunda döyüşməyə hazırıq. Sizin əmrinizi gözləyirik.

Bizə göstərdiyiniz yüksək diqqətə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Muxtarlı Əli Cahid oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Seyidli kəndi.