14 mart 2017, 16:30

Sədaqət Hüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə imzaladığınız Sərəncamınızla respublikanın ictimai həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında mənim də adımın olmasına çox sevindim.

Bu təltif Sizin qadınlara göstərdiyiniz böyük diqqət və qayğının təzahürüdür. Bu, biz Azərbaycan qadınlarını xalqımızın tərəqqisi və rifahı, Vətənimizin çiçəklənməsi naminə daha geniş fəaliyyətə ruhlandırır.

Zati-aliləri, diqqət və qayğınıza görə Sizə dərin təşəkkürümü bildirir, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hüseynova Sədaqət Qənbər qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.