13 mart 2017, 14:30

Allahverdi Alıyevdən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin imzaladığınız müvafiq Fərmanınıza əsasən Mingəçevir şəhərində icbari tibbi sığortaya keçid ilə bağlı pilot layihə həyata keçirilir. Bu layihə çərçivəsində Mingəçevir əhalisi bütün tibbi xidmətlərdən yararlanmaq hüququ qazanıb. Eyni zamanda, pilot layihə başlandığı gündən xəstəxanamızda həm ərzaq, həm də dərman təchizatı kifayət qədər yaxşılaşıb, buraya yeni, müasir tələblərə cavab verən tibbi avadanlıqlar və təcili yardım avtomobilləri gətirilib. Həkimlərimizin əmək haqlarında da artım müşahidə olunur. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sözügedən Fərmandan irəli gələn tələblərə və tapşırıqlara tam əməl etməklə Mingəçevirdə icbari sığortanın pilot layihəsini uğurla həyata keçirmək üçün bütün imkanlarımızı və gücümüzü səfərbər edəcəyimizə söz veririk.

Hörmətlə,

Alıyev Allahverdi,

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.