08 mart 2017, 16:00

Lətifə Əliyevadan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin 2017-ci il 3 mart tarixli Sərəncamınızla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edildi. Bu siyahıda mənim də adım var.

Cənab Prezident, fəaliyyətimə verdiyiniz yüksək dəyərə görə Sizə ürəkdən minnətdarlıq edirəm. Çox sağ olun. Sizə möhkəm cansağlığı, uzun ömür, gündən-günə çiçəklənən Azərbaycanın siyasi həyatındakı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Əliyeva Lətifə Ziyad qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.