08 mart 2017, 15:00

Xumar Qədimovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin 2017-ci il 3 mart tarixli Sərəncamınız mənim üçün çox xoş xəbər və unudulmaz 8 Mart hədiyyəsi oldu. Müxtəlif sahələri təmsil edən qadınlarımızın içərisində incəsənət nümayəndəsi kimi “Əməkdar artist” fəxri adına layiq görülməyim məni duyğulandırdı.

Möhtərəm Prezident, mənə və təltif olunan bütün qadınlarımıza bu sevinci bəxş etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu fəxri ad Azərbaycan musiqisinin, mədəniyyətinin təbliği üçün bundan sonra daha çox çalışmağıma bir stimuldur. Bir daha Sizə sonsuz təşəkkürümü çatdırıram.

Hörmətlə,

Qədimova Xumar İttifaq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.