04 mart 2017, 14:15

Sevinc İsmayılovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Respublikamızda təhsilə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildirirəm.

Sizin Sumqayıt və sumqayıtlılar üçün yaratdığınız şərait ürəyimizcədir. Hər bir azərbaycanlı kimi, mən də Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirəm.

Sizə uzun ömür, möhkəm cansağlığı və Azərbaycanın müstəqilliyi, dünyada qüdrətli bir dövlətə  çevrilməsi naminə apardığınız mübarizədə uğurlar arzu edirəm.

Tanrı Azərbaycanı qorusun! Tanrı Sizi qorusun!

Hörmətlə,

İsmayılova Sevinc Şəmsəddin qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.