Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04 mart 2017, 17:59

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi”nin 5.5–5.7-ci bəndlərinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
                                                 İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm
                                                Nazirliyi Aparatının rəhbəri
 
Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
                                                    Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
 
 gənclər təşkilatlarından
 
Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf
                                                      Assosiasiyasının sədri

Seyidov Mirhəsən Mirheydər oğlu - “İrəli” İctimai Birliyinin sədri

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları
                                                   Milli Şurasının sədri
 
Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai
                                                Birliyinin İdarə Heyətinin sədri
 
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2017-ci il.