03 mart 2017, 11:15

Şəfiqə Mürsəlovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu gün Azərbaycan öz nüfuzu ilə dünyada seçilir və tanınır. Respublikamızda çox böyük işlər görülür, şəhər və rayonlar, eləcə də bizim Sumqayıt gündən-günə abadlaşır və gözəlləşir.

Sakini olduğum Corat qəsəbəsinin də siması getdikcə dəyişir. Qəsəbənin küçələrinə yeni asfalt örtüyü döşənib, küçələr işıqlandırılıb və yeni ağaclar əkilib.

Möhtərəm cənab Prezident, bütün bunlara görə Sizə minnətdarıq.  Sizə uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Mürsəlova Şəfiqə Əlibala qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.