03 mart 2017, 11:15

Müzəffər Haytadan, Ankara, Türkiyə

Hörmətli cənab Prezident,

Mən Ankarada Çankaya Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıram. Bu məktubu yazmaqla daxilimdəki hisslərimi Sizinlə bölüşmək istəyirəm. 

Qeyd etmək istəyirəm ki, Ermənistana və bütün düşmənlərimizə qarşı döyüşməyə hər an hazıram. Mən Türkiyəni necə sevirəmsə, Azərbaycana qarşı da münasibətim eynidir. Əgər ehtiyac olarsa, mənim kimi milyonlarla türk gənci Sizinlə, şərəfli əsgərlərinizlə çiyin-çiyinə döyüşməyə hazırdır.

Hörmətlə,

Hayta Müzəffər Yasin oğlu.

Türkiyə Respublikası, Ankara şəhəri.