02 mart 2017, 12:00

Vera Abbasovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamınızı bəyənir və dəstəkləyirik. İndi hamı Sərəncamı böyük qayıdışın başlanğıcı kimi qiymətləndirir. Elə bir gün arzulayıram ki, torpaqlarımızın qaytarılması yolunda son nöqtəni qoyaq və böyük qələbəmizin təşkili ilə bağlı Sərəncamınızı eşidək.

Hörmətli cənab Prezident, bu tarixi Sərəncamınız ilə əlaqədar Cəbrayıl rayonu Soltanlı kəndindən olan məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Abbasova Vera

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.