02 mart 2017, 10:00

Mahir Səfərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ötən il aprel ayında ordumuzun əks-hücumu nəticəsində minlərlə hektar ərazimizin işğaldan azad edilməsinə, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin görülməsi ilə əlaqədar Sərəncam verdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Bu mühüm hadisə Azərbaycan Ordusunun gücünü düşmənə əyani göstərmiş oldu. Biz öz ordumuzla və Ali Baş Komandanımızla fəxr edirik.

Möhtərəm Prezident, inşaallah biz üçrəngli bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracağıq.

Hörmətlə,

Mahir Səfərov

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.