01 mart 2017, 12:40

Kamil Məmmədovdan, Abşeron rayonu, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Ordusu tərəfindən düşmən işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığınız Sərəncam torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması istiqamətində ilk addımdır. Bu Sərəncam xalqımız üçün olduqca xoş xəbərə çevrildi.

Möhtərəm Prezident, bu işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, işğal olunmuş torpaqlarımız Sizin sayənizdə son qarışına kimi düşmən tapdağından azad ediləcək.

Hörmətlə,

Məmmədov Kamil İlyas oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu.