28 fevral 2017, 13:00

Bəhruz Məmmədlidən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığınız Sərəncam bizi həddən artıq sevindirir və bütün Qarabağ torpaqlarının işğaldan azad olunacağına ümidlərimizi daha da artırır. Bu Sərəncam ötən ilin aprelindəki tarixi qələbəmizin davamıdır.

Cənab Prezident, işğaldan azad edilmiş kəndimizə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Qarabağımız da işğaldan tam azad ediləcək və həmin torpaqlar yenidən gülüstana çevriləcəkdir.

Hörmətlə,

Məmmədli Bəhruz Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu,  Mehdiabad qəsəbəsi.