27 fevral 2017, 15:00

İbrahim Rüstəmovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamınıza görə Sizə öz minnətdarlığımı bildirirəm. Yağı düşməndən torpaqlarımızın bir qisminin geri alınması və orada bərpa işlərinə başlanılması hər bir azərbaycanlı kimi mənə də çox xoş təsir bağışlayır.

Möhtərəm Prezident, neçə illərdir bizi göynədən yaramıza məlhəm çəkdiniz. Əminəm ki, Sizin rəhbərliyiniz sayəsində torpaqlarımız işğaldan tam azad olunacaq və xalqımızın Qarabağ dərdinə son qoyulacaq.

Hörmətlə,

Rüstəmov İbrahim Əyyub oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.